Coşqun Diniyev yeni klubla anlaşdı

10.02.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Coşqun Diniyev klubunu dəyişib. Sport24.az xəbər verir ki, Türkiyədə legioner həyatı yaşayan 28 yaşlı yarımmüdafiəçi "Bandırmaspor"dan yollarını ayırdıqdan sonra "Çorum"a keçib.

O, Superliqaya vəsiqə uğrunda mübarizə aparan klubla müqavilə imzalayıb. Onun yeni komandası 23 turdan sonra 35 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Diniyev mövsümün əvvəlində "Ümraniyespor"dan "Bandırmaspor"a keçmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью