Coşqun Diniyevin komandası qələbəni əldən verdi

29.03.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi Türkiyənin "Çorum" klubu bu gün növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, həmyerlimizin komandası Türkiyə I Liqasında səfərdə "Pendikspor"la qarşılaşıb. 

Birinci hissədə 2 qol vuran "Çorum" fasilədən sonra qələbəni əldən verib.

Çoşqun məhz ikinci hissənin əvvəlində meydançaya daxil olub. Ancaq onun çıxışı komandasına uğur gətirməyib.

Vacib iki xal itirən "Çorum" hazırda 7-ci pillədə qərarlaşıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью