Coşqun Diniyevin Ümraniyespor dan aldığı təzminatın məbləği bilindi

08.03.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev daha əvvəl çıxış etdiyi Türkiyənin "Ümraniyespor" klubundan təzminat alıb. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.
29 yaşlı yarımmüdafiəçi 47 min 453 avro alıb. I Liqa təmsilçisi ödənilməmiş mükafatı qaldığı üçün bu məbləği ona verməyə məcbur olub.

Qeyd edək ki, Coşqun Diniyev 2023/2024 mövsümündə "Ümraniyespor"un uğurları üçün çalışıb. 2024-cü ilin yayında "Bandırmaspor"a keçən oyunçu 2025-ci ilin fevralında isə "Çorum"la müqavilə imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью