Coşqun ehtiyatda qalıb, Çorum xal itirib

06.04.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasının 32-ci turunda ehtiyatda qalıb.

İdman.biz xəbər verir ki, o, "Çorum"un heyətində "Erokspor"a qarşı forma geyinməyib.

Məhsuldar keçən qarşılaşmada qapılara 6 qol vurulub. Oyun 3:3 hesabı ilə yekunlaşıb. Coşqun adı iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.

Qeyd edək ki, "Çorum" 47 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью