Icma.az bildirir, Fanat portalına istinadən. Türkiyə 1-ci liqasında 16-cı turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor" da növbəti oyununu keçirib.
"Gənclərbirliyi" ilə qarşılaşmada qapılara 4 qol vurulub - 2:2.
Azərbaycan yığmasının futbolçusu qırmızı vərəqə üzündən bu görüşdə forma geyinməyib.
Xal itirsə də, Bandırma təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 11-ə çatdıraraq 32 xalla 1-ci pilləyə yüksəlib.
Amma ikinci yerdə qərarlaşan "Kocaelispor" bir oyun az keçirib. Qeyd edək ki, Diniyevin komandası dekabrın 22-də "Erokspor"un qonağı olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.