Coşqun qırmızı aldı, komandası...

08.12.2024

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə 1-ci Liqasında 15-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor" da növbəti oyununa çıxıb.

Sözügedən komanda "İğdır"la üz-üzə gəlib. Coşqunun da iştirakçısı olduğu matç "Bandırmaspor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev bu görüşdə qırmızı vərəqə ilə cəzalandırılıb. O, 67-ci və 84-cü dəqiqələrdə iki sarı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Qeyd edək ki, 31 xal toplayan "Bandırmaspor" lider "Kocaelispor"dan 1 xal geri qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью