Coşqunun komandası səfərdən xalla qayıdır

23.12.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin üzvü Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" 17-ci turda "Erokspor"un qonağı olub.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Diniyev 72-ci dəqiqədə - hesab 1:1 olanda meydana daxil olub.

Qeyd edək ki, 33 xal toplayan "Bandırmaspor" 2-ci pillədə qərarlaşıb və lider "Kocaelispor"dan 2 xal geri qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью