Coşua Zirkze “Roma”ya keçə bilər

15.11.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Coşua Zirkze “Roma”ya keçə bilər

“Roma” klubu “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzeyə maraq göstərir. 

QOL.az xəbər verir ki, klub futbolçunu 25 milyon avro qarşılığında yanvar ayında icarəyə verməyə hazırdır. Məlumata görə, İtaliya təmsilçiləri hücum xəttini gücləndirmək niyyətindədir və maliyyə baxımdan əlverişli razılaşma əldə etməyə ümid edirlər. 

Qeyd edək ki,  Zirkze 2024-cü ilin yayında “Boloniya”dan “Mançester Yunayted”ə transfer olunub. Cari mövsümdə futbolçu İngiltərə Premyer Liqasında dörd oyunda iştirak edib, lakin qol və ya məhsuldar ötürməylə fərqlənə bilməyib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью