“Coursera”nın təlimləri Azərbaycanda tədris prosesinə inteqrasiya edilə bilər

02.12.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Keçən il “Coursera”nın Azərbaycanda 10 min tələbəsi var idi və qarşıdakı il üçün hədəf 70 mindir.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Coursera” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə idarəedici direktoru Nikolaz Fuko deyib.
“Artıq 35 min göstəricisinə çatmışıq. Bu, mənə ölkənin gələcək iqtisadi inkişafı ilə bağlı böyük nikbinlik verir”, - deyə o əlavə edib.

O, Azərbaycanda universitetlərlə müzakirələr aparacaqlarını deyib:
“Bilirəm ki, hökumət onlayn təhsilin hüquqi statusu, sertifikatlaşdırma, tam kreditlərin tanınması və tədris proqramlarının yerli universitetlərlə, kurikulun sistemi ilə inteqrasiyası məsələlərini nəzərdən keçirməyi planlaşdırır. Bu, çox həyəcanvericidir və bizi Azərbaycanda inkişafın və böyümənin növbəti mərhələsinə aparacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью