Covanni yenidən Niderland klubunda

17.06.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Covanni yenidən Niderland klubunda

Niderlandlı mütəxəssis Covanni van Bronxorst yenidən "Feyenoord"un baş məşqçisi təyin olunub.

QOL.az xəbər verir ki, bu barədə Rotterdam klubu rəsmi məlumat yayıb. 51 yaşlı məşqçi bu vəzifədə Robin van Persini əvəzləyib.

Covanni daha əvvəl 2015-2019-cu illərdə də "Feyenoord"u çalışdırıb. Onun rəhbərliyi altında komanda 2017-ci ildə Erediviziyanın qalibi olub, həmçinin iki dəfə Niderland Kubokunu və Superkubokunu qazanıb.

Qeyd edək ki, mütəxəssisin son iş yeri "Liverpul" olub. O, daha əvvəl "Beşiktaş", "Reyncers" və "Quançjou Siti" klublarında da baş məşqçi kimi çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью