Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib.
"Yeni Sabah" Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, tədbir Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində baş tutub.
Təlimə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də cəlb olunub. İnternet mağaza
Müdafiə naziri Zakir Həsənov tədbirə qatılmayıb. Açılış mərasimində çıxış edən general-mayor Vüqar Əliverdiyev tədbir iştirakçılarına müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq, qarşıya qoyulan tapşırıqların icrasında uğurlar arzulayıb.
Təlimə hər üç ölkədən 200-dən çox şəxsi heyətin cəlb olunduğunu qeyd edib.
Xatırladaq ki, müdafiə naziri Zakir Həsənov koronavirusa yoluxub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyibp Ərdoğanın noyabrın 8-də Azərbaycana səfəri zamanı məlumat verilib. O, Ərdoğanı rəsmi qarşılama mərasimində iştirak etməyib.