Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müğənni Elnur Məmmədov COVID-19 pandemiyasından sonra yaşadığı psixoloji travmadan danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşamı” verilişində danışıb. Elnur pandemiyadan sonra təyyarəyə tək minə bilmədiyini bildirib:
“COVID-19 mənə travma verdi. Təyyarəyə tək minə bilmirəm. Əvvəl tez-tez Avropaya, Amerikaya gedirdim. İndi gedə bilmirəm. Bu il gedəndə mütləq yanımda adam aparmalıyam. Ya da zəng etməliyəm ki, tez gəlin, məni buradan aparın”.
Müğənni bu vəziyyətin koronavirusdan sonra yarandığını desə də, özü virusa yoluxmadığını vurğulayıb.