COVID 19 geri qayıdır? Britaniyada xəstələrin sayı artdı

03.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyada COVID-19-a yoluxma halları son həftələrdə artıb.

“Yeni Sabah” xəbər verir ki, Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayının bir həftə ərzində 50 faiz artdığını bildirib.

Testlərdə pozitiv nəticələrin payı isə 5,9 faizdən 7 faizə yüksəlib. Pepperoni pizza

Londonda xəstəxanaya yerləşdirilmə hallarında artım 80 faiz təşkil edib. 85 yaşdan yuxarı şəxslər arasında göstərici 100 min nəfərə 7,08-dən 12,43-ə yüksəlib.

Hazırda yoluxmaların əksəriyyətinin “Stratus” kimi tanınan XFG variantı ilə əlaqəli olduğu bildirilir. Bu variant öskürək, yüksək hərarət, boğaz ağrısı, baş ağrısı, burun axması və yorğunluqla yanaşı, mədə-bağırsaq problemlərinə də səbəb ola bilər.

Mütəxəssislər artımın payız dövrü üçün gözlənilməz olmadığını bildirirlər. Bununla belə, hazırkı vəziyyətin pandemiya dövründəki səviyyə ilə müqayisə edilə bilməyəcək qədər aşağı olduğu qeyd olunur.

21-28 avqust tarixlərində İngiltərədə COVID-19 səbəbilə 7 nəfərin öldüyü, əvvəlki həftə isə bu rəqəmin 6 olduğu açıqlanıb.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью