Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AzVision.az Politico-nun məhkəmə sənədinə istinadən yaydığı məlumata əsasən xəbər verir ki, ABŞ ordusunun həkimi və ABŞ Səhiyyə və İnsan Xidmətləri katibi Robert F. Kennedinin müşaviri Tereza Lonq avqustun 14-də Virciniyada Federal Məhkəməsində baxılan iş üzrə verdiyi məhkəmədənkənar ifadəsində COVID-19 peyvəndləri ilə bağlı belə bir iddia səsləndirib.
Lonqun sözlərinə görə, peyvənddən sonra qeydə alınan 2 544 ölüm halı ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin Peyvəndlərin Mənfi Təsirlərinin Hesabat Sisteminə (VAERS) daxil edilib.
Lonq bu ifadəni keçmiş hərbi səhiyyə rəsmisi Terri Adirimin işdən çıxarılması ilə bağlı məhkəmə işində müdafiə tərəfinin şahidi qismində verib. Adirim ABŞ Müdafiə Nazirliyində pandemiya dövründə səhiyyə məsələləri üzrə katib köməkçisinin səlahiyyətlərini icra edib. O, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Qlobal Səhiyyə Xidmətləri Mərkəzinin direktoru vəzifəsindən azad edilməsinin COVID-19 peyvəndlərinin tətbiqini dəstəkləməsi ilə bağlı siyasi motivlər daşıdığını iddia edir.
Adirim 2025-ci ilin aprelində MKİ-dən azad edilib. Onun işdən çıxarılması həmin dövrdə aralarında məhkəmə işində cavabdehlərdən biri olan konservativ siyasi şərhçi İvan Rayklinin də olduğu bir sıra şəxslərin diqqətini çəkib. Adirim tam federal pensiya təminatı hüququ qazanmasına təxminən bir ay qalmış vəzifəsindən azad edilib. MKİ məsələnin adi əmək müqaviləsi mübahisəsi olduğunu bildirir.
ABŞ-ın keçmiş prezidenti Co Bayden hərbi qulluqçuların COVID-19 görə peyvənd olunmasını tələb etmiş, bundan imtina edənlərin xidmətdən xaric edilməsinə göstəriş vermişdi. Nəticədə 9 mindən çox hərbçi ordudan uzaqlaşdırılmışdı. Prezident Donald Tramp isə Ağ Evə qayıtdıqdan sonra peyvənddən imtina etdikləri üçün xidmətdən çıxarılan hərbçilərə yenidən xidmətə qayıtmaq imkanı verilməsi barədə Pentaqona göstəriş verib.
COVID-19-a qarşı mRNT texnologiyasına əsaslanan peyvəndlər sürətlə hazırlanaraq istifadəyə verilib. Onları istehsal edən Pfizer və Moderna şirkətləri peyvəndlərin nadir hallarda ürək əzələsinin iltihabı riskini artıra biləcəyini bildiriblər.
ABŞ Səhiyyə və İnsan Xidmətləri katibi Robert F. Kennedi bəzi peyvəndlərin kifayət qədər araşdırılmadığını və ciddi yan təsirlərə səbəb ola biləcəyini dəfələrlə bildirib . Onun tənqidçiləri isə bu mövqeyini peyvənd əleyhinə yanaşma kimi qiymətləndirir və bunun onun səhiyyə naziri vəzifəsinə uyğunluğuna şübhə yaratdığını bildirirlər.
Məhəmmədəli Həsənli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Lonqun sözlərinə görə, peyvənddən sonra qeydə alınan 2 544 ölüm halı ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin Peyvəndlərin Mənfi Təsirlərinin Hesabat Sisteminə (VAERS) daxil edilib.