Covid 19 un güclü növü yayılır

02.04.2025

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlk dəfə 2024-cü ilin iyulunda Avstraliyada aşkar edilən Covid-19-un yeni “LP.8.1” variantının yayıldığı bildirilib.

Sfera.az Avstraliya mətbuatına istinadən xəbər verir ki, məlumata əsasən “LP.8.1” Avstraliyanın Yeni Cənubi Uels əyalətində Covid-19 halları arasında üçüncü ən güclü varianta çevrilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanvar ayında "LP.8.1" variantını qlobal yayılması səbəbindən izləməyə aldığını bildirib.

Fidan Hacızadə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью