Icma.az bildirir, Lent az saytına əsaslanaraq. COVID-19-un mənşəyinin prioritet versiyası açıqlanıb.
Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19-un mənşəyi ilə bağlı mövqeyini dəyişərək, virusun Çinin Uhan şəhərindəki bir laboratoriyada sızma nəticəsində ortaya çıxdığını açıqlayıb.
Lakin agentlik Fedral Kəşfiyyat Bürosu və ABŞ Energetika Nazirliyinin mövqeyinə qoşularaq az inamla bu qənaətə gəlib.
Lent.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
"Mərkəzi Kəşfyyat İdarəsi, mövcud məlumatlara əsaslanaraq, pandemiyanın mənşəyinin təbii mənşəli deyil, laboratoriya hadisəsi ilə bağlı olduğunu az inamla qiymətləndirir", - MKİ sözçüsü bildirib.
O əlavə edib ki, agentlik onun qiymətləndirməsini dəyişdirə biləcək yeni kəşfiyyat hesabatlarını nəzərdən keçirməyə davam edəcək.
Əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsi virusun heyvandan insana keçdiyini və ya laboratoriya səhvinin nəticəsi olduğunu söyləmək üçün kifayət qədər məlumata malik deyildi.
COVID-19 ilk dəfə 2019-cu ilin sonlarında Uhanda ortaya çıxıb və 2020 və 2021-ci illərdə sürətlə bütün dünyaya yayılaraq müasir tarixin ən böyük pandemiyalarından birinə çevrilib.