COVID 19 üzrə yeni statistik məlumatlar açıqlandı

29.05.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb.

Avtosfer.az bu barədə "Trend"ə  istinadən xəbər verir.

ÜST-nin məlumatına əsasən, qlobal miqyasda 13 milyard 642 milyon 98 min 70 nəfər COVID-19 əleyhinə peyvənd olunub.

ÜST-nin son COVID-19 statistikasına görə, 63 ölkədən daxil olan hesabatlar əsasında ümumilikdə 11 min 948 yeni yoluxma qeydə alınıb. Yeni yoluxmaların böyük hissəsi Braziliyanın payına düşür — bu ölkədə 6 min 700 yoluxma aşkarlanıb.

Tayland, Belarus və Almaniyada hər birində 1 yeni yoluxma faktı qeydə alınıb.

Türkiyə, Azərbaycan, Qırğızıstan və Rusiya kimi ölkələrdən isə yeni yoluxma halları barədə məlumat verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью