COVID 19 yaratdığı stress qacalmanı SÜRƏTLƏNDİRİR

10.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

COVID-19 pandemiyası ilə əlaqəli yaranan stress xüsusən də yeniyetmələrdə epigenetik qocalmanı sürətləndirir.

Bu, alman alimlərinin gəldiyi nəticədir. 

“Cebheinfo.az” xəbər verir ki, tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc edilib.

Tədqiqatçılar 1000-dən çox uşaq, yeniyetmə və böyükdən məlumatları təhlil ediblər. DNT nümunələri 2020-ci ilin mart ayında ilk karantindən əvvəl və ikincisindən sonra - 2021-ci ilin qışında və 2022-ci ilin yazında tüpürcəkdən toplanıb.

Alimlər DNT metilləşməsindəki dəyişikliklərə əsaslanan metrik olan sözdə epigenetik saatı qiymətləndiriblər. Bu, bədəndə yaşla bağlı dəyişikliklərin nə qədər tez baş verdiyini müəyyən etməyə imkan verir. Sürətlənmiş epigenetik qocalma müxtəlif xəstəliklərin riskinin artmasına təsir edir.

Təhlil göstərib ki, pandemiya zamanı bütün yaş qruplarının iştirakçılarında epigenetik qocalma sürəti artıb. Ən çox nəzərə çarpan dəyişikliklər artıq sağlamlıq problemləri olan, subyektiv rifahı aşağı olan və ya pandemiyadan əvvəl daha az əlverişli sosial-iqtisadi vəziyyətdə olan insanlarda müşahidə olunub.

Bundan əlavə, stress və epigenetik dəyişikliklər arasındakı əlaqə xüsusilə yeniyetmələrdə daha aydın görünürdü. Onların vəziyyətinə ən çox pandemiyanın şiddəti, o cümlədən həmyaşıdları ilə məhdud qarşılıqlı əlaqə təsir göstərib. Tədqiqatçılar uşaqlarda və ya böyüklərdə belə bir əlaqə tapmayıblar.

Alimlər izah ediblər ki, yeniyetmələr yetkinlik dövründə bədəndəki dəyişikliklər və sosial təmaslara qoyulan məhdudiyyətlər səbəbindən stressə xüsusilə həssas ola bilərlər:

“Uşaqlarda və böyüklərdə dəyişikliklər pandemiyanın digər nəticələri, məsələn, fiziki aktivliyin azalması ilə əlaqəli ola bilər".

Müəlliflər vurğulayıblar ki, aşkarlanan epigenetik dəyişikliklərin gələcək xəstəliklərin riskini artırıb-artırmayacağı hələ məlum deyil. Bunu müəyyən etmək üçün uzunmüddətli müşahidələr aparmaq lazımdır.

Xəzər
“Cebheinfo.az”

 

Açar sözlər: COVID-19 qacalma

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью