Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hindistan hakimiyyəti Qərbi Benqal əyalətində aşkarlanan ölümcül Nipah virusunun (NiV) yayılmasının qarşısını almaq üçün cavab qrupu yaradıb.
“Cebheinfo.az” xəbər verir ki, bunu "The Independent" qəzeti yazıb. Məlumata görə, indiyə qədər həkimlər və tibb bacıları da daxil olmaqla beş yoluxma halı təsdiqlənib. 100-dən çox insan karantinə alınıb və xəstələr ştatın paytaxtı Kalkuttadakı xəstəxanalarda müalicə olunurlar. Bir xəstənin vəziyyəti ağırdır.
Nipah virusu COVID-19 kimi yarasalar tərəfindən daşınan patogendir. Heyvanlardan insanlara və ya çirklənmiş qida vasitəsilə ötürülür və ağır ensefalit və tənəffüs yoluxucu infeksiyalarına səbəb olur. Simptomlara yüksək qızdırma, baş ağrısı, əzələ ağrıları və yorğunluq daxildir.
Nipah, həmçinin öskürək, nəfəs darlığı və pnevmoniya ilə müşayiət oluna bilər. Virusa qarşı peyvənd və ya müalicə yoxdur və ölüm nisbəti 80%-ə çatır ki, bu da COVID-19-dan on dəfə çoxdur.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin