COVID dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər

30.01.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qoxuduyma təlimi "COVID19"a yoluxmadan sonra iybilmə hissini itirən şəxslərdə bu funksiyanın bərpasına kömək edə bilər.

Milli.Az xəbər verir ki, bu barədə Seçenov Universitetinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, qoxuduyma təlimi iybilmə pozğunluğu olan xəstələr üçün qeyri-dərman müalicə üsuludur. Metod xəstənin gündə bir neçə dəfə qısa müddət ərzində müxtəlif qoxulara məruz qalmasını nəzərdə tutur.

Seçenov Universitetinin mütəxəssisləri bu üsulu təkmilləşdirərək qoxuları xüsusi ardıcıllıqla təqdim edən avtomatlaşdırılmış aparat və proqramdan istifadə edirlər. Təlim zamanı xəstə qoxuları həm tanıyır, həm də bir-birindən ayırır. Proses beyində baş verən dəyişiklikləri izləmək üçün elektroensefaloqrafiya ilə müşayiət olunur.

Qeyd edilir ki, COVID-dən sonra iybilmə pozğunluğu yaşayan bir çox insanda psixoloji vəziyyətin pisləşməsi də müşahidə olunur. Hazırda bu problemin dərman və ya cərrahi müalicəsi mövcud deyil və qoxuduyma təlimi iybilmənin bərpası üçün yeganə təsirli üsul hesab olunur. 

Asya
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью