COVID pandemiyasından sonra Gürcüstanda mənfi demoqrafik balans yaranıb

10.02.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi, 10 fevral, AZƏRTAC

Dünyanın bir çox ölkəsində olduğu kimi, Gürcüstanda da demoqrafik vəziyyət ürəkaçan deyil, əhali azalır. Xüsusilə COVID pandemiyasından sonra ölkədə mənfi demoqrafik balans yaranıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin Səhiyyə və Sosial Məsələlər Komitəsinin bu gün keçirilən iclasında müzakirə aparılıb.

Komitənin sədri Zaza Lominadze demoqrafiya baxımından ölkənin üzləşdiyi çətinliklərdən danışıb. O bildirib ki, məsələni araşdırmaq və müvafiq tövsiyələr hazırlamaq üçün işçi qrup yaradılacaq. İşçi qrupuna parlament üzvləri ilə yanaşı, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də təmsil olunacaqlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью