COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb | …
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, əlavənin verilmə müddəti 1 oktyabra kimi uzadılıb.Qeyd edək ki, əvvəl bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu