COVID19a qarşı daha bir vaksin hazırlanıb

07.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı "Gam-VLP-multivac" adlı yeni vaksini qeydə alıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasının qarşısını almaq üçün SARS-CoV-2 virusa bənzər hissəciklərə əsaslanan yeni peyvəndi qeydə alıb. Bu vaksin biotexnoloji üsullarla yaradılıb və onun hazırlanmasında patogen SARS-CoV-2 virusundan istifadə edilməyib", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bu, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Rusiya tərəfindən hazırlanmış yeni nəsil peyvəndlərdən biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью