COVID19un daha bir qorxunc fəsadı üzə çıxdı

27.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İsveçin Karolinska İnstitutunun alimləri müəyyən ediblər ki, koronavirus infeksiyasından sonra böyrəklərin funksiyası təxminən 47% daha tez azalır.

Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub.

Alimlər böyrək xəstəliklərinin inkişaf mexanizmlərini və əlaqəli risk faktorlarını öyrənmək üçün yaradılmış SCREAM layihəsinin məlumatlarını təhlil edərək bu qənaətə gəliblər.

Araşdırmada 1,3 milyondan çox Stokholm sakininin məlumatlarından istifadə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью