Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Barselona”nın futbolçusu Frenki de Yonq maraqlı açıqlama ilə gündəmə gəlib.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi insanların matçlara olan marağından danışıb:
“Tamaşaçılar futbola baxmır. Çox az insan bir oyunu 90 dəqiqə izləyir. Onlar meydanda nələrin baş verdiyini, qərarları nə üçün verdiyimizi bilmirlər. Onlar üçün kimisə tənqid etmək çox asandır. Sadəcə rəqəmlərə baxır, kimin daha yaxşı olduğuna qərar verirlər. Əlbəttə, bu rəqəmlər biz futbolçular üçün böyük əhəmiyyət daşımır”.
De Yonq bu mövsüm “Barselona” formasıyla La Liqada 3 oyuna çıxıb.