Çox böyük iş görmüşük, nəticə ortadadı Jorje Kaskilya

31.08.2025

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İmişli" Misli premyer-liqasının 3-cü turu çərçivəsində "Sabah"ın meydanından qələbəylə ayrıldı - 1:0.

"Football-plus.az" xəbər verir ki, "pələnglər"in baş məşqçisi Jorje Kaskilya oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Oyunçularımı təbrik edirəm. Çox böyük iş görmüşük, nəticə ortadadı. Bu gün qələbə qazandıq. Birinci hissə çox çətin oldu. "Sabah" kimi yüksəksəviyyəli komanda ilk dəqiqələrdən təzyiq göstərməyə başladı. İkinci yarıda əks-hücumlar sayəsində qol vurmağa çalışdıq. Hər halda, hədəfə çatdıq. Həmçinin, bilirdik ki, rəqib qol vurmaq üçün əlindən gələni edəcək. Futbolçularım fiziki baxımdan hazır idi. İlk qolumuzu 3-cü turda vurduq. Bu, çox vacibdi. Bundan sonra sərbəst oynadıq. "Sabah" isə çox çətin və təhlükəli komandadı.
- Qarşıdan milli komandaların oyunlarıyla əlsqədar fasilə gəlir. Oyun ritmindən qopmamaq üçün yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulurmu?
- Bəli, gələn həftə yoxlama oyunu keçirmək niyyətindəyik. Lakin hələ detallar bəlli deyil.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью