futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona”nın keçmiş yarımmüdafiəçisi Arturo Vidal Portuqaliya milli komandasında baş məşqçi Xorxe Jezusla qalmaqal yaşayan Kriştiano Ronaldonu müdafiə edib.
Futbolpress.az xəbər verir ki, 39 yaşlı çilili futbolçu “Twitch” kanalındakı canlı yayım zamanı baş verənlərə kəskin reaksiya verib.
Vidal Ronaldonun milli komandadan bu formada ayrılması haqqında öz fikirlərini bildirib:
“Kriştianonun ətrafında yaranan bu vəziyyət həqiqətən utancvericidir. Futbol tarixinin ən yaxşı 4 oyunçusundan biri olan şəxs milli komandadan bu cür gedişlə ayrılmamalıdır. Bu, çox çirkin mənzərədir. Xüsusən də Ronaldonun müsahibə verib hər şeyi izah etməsindən sonra baş məşqçinin çıxıb belə ifadələr işlətməsi qəbuledilməzdir. Zənnimcə, bu addım məşqçini çox pis tərəfdən göstərir. Milli komandada atılan addımlar kökündən yanlışdır. Ronaldonu qorumaq, müdafiə etmək lazımdır. O, Portuqaliya üçün hər şeyini ortaya qoyub və bu ölkəni dünya futbolunun elitasına qaldırıb. Bəzi məşqçilər var ki, belə dəyərlərə ehtiram göstərmirlər”.
Xatırladaq ki, 41 yaşlı ulduz forvard Norveçlə görüşdə (2:1) bütün matçı ehtiyat skamyada keçirdikdən və Danimarka ilə Millətlər Liqasının 3-cü tur matçında (4:2) da oynamayacağı açıqlandıqdan sonra düşərgəni tərk edib. Təcrübəli hücumçunun milli karyerasını başa vuracağı gözlənilir.