Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyaşöhrətli futbolçu Kriştiano Ronaldo və onun həyat yoldaşı Corcina Rodrigesin nikah mərasimindən görüntülər yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, kadrları “Vogue” jurnalı dərc edib.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun şərəfini qoruyur və ailəsi ilə birgə bu ölkədə yaşayır. Ölkədə nikahdankənar kişi və qadının eyni dam altında yaşaması qadağan olsa da, yerli hakimiyyət əfsanəvi futbolçuya güzəştə gedərək uşaqlarının anası ilə birgə yaşamasına icazə vermişdi.