“Çox danışmaq lazım deyil”

12.04.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Milan”ın baş məşqçisi Serjiu Konseysau A Seriyasında “Udineze”yə qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis 4:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Avrokuboklara düşmək şanslarımıza inanırammı? Bütün diqqətimiz işdədir. Çox danışmaq lazım deyil. Əsas nəticələrdir və indi mühüm qələbə qazandıq və ardını gətirməliyik”.

“Milan” A Seriyasında 51 xalla 9-cu sıradadır. “Qırmızı qaralar” avrokuboklar zonasından – 6-cı pillədən 4 xal uzaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью