Çox danışmaq nəyə faydalıdır?

18.08.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlər müəyyən ediblər ki, aktiv ünsiyyət beynin daha sağlam qocalması ilə əlaqəlidir. Ətrafdakılarla daha çox ünsiyyətdə olan yaşlı insanlarda koqnitiv funksiyaların zəifləməsi daha yavaş baş verir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə araşdırma "Alzheimer's & Dementia" jurnalında dərc olunub.

Tədqiqatçılar ABŞ-də yaşayan yaşlı insanların iştirak etdiyi böyük sağlamlıq və qocalma monitorinqi layihəsi olan "National Health and Aging Trends Study"nin məlumatlarından istifadə ediblər.

Mütəxəssislər iştirakçıların sosial aktivlik səviyyəsini, beyin strukturunun vəziyyətini nəzərə alaraq, koqnitiv funksiyalardakı dəyişikliklərlə müqayisə ediblər.

Məlum olub ki, insan nə qədər çox ünsiyyətdə olarsa, koqnitiv göstəricilər bir o qədər müsbət olur. Başqa sözlə, yaşla əlaqədar yaddaş və təfəkkürün zəifləməsi orta hesabla daha ləng gedir.

Müəlliflərin fikrincə, sosial aktivlik beyinə eyni vaxtda bir neçə istiqamətdə müsbət təsir göstərə bilər. Belə ki, ünsiyyət zehni fəaliyyəti stimullaşdırır, stresi azaldır və ümumilikdə daha sağlam həyat tərzi ilə əlaqələndirilir.

Tədqiqat müşahidə xarakteri daşıyır və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin nəticələr ünsiyyətin beyin üçün faydaları ilə bağlı əvvəlki araşdırmaların nəticələri ilə üst-üstə düşür.

Alimlər müntəzəm sosial əlaqələri yaşlı dövrdə koqnitiv sağlamlığın qorunması üçün əlçatan üsullardan biri kimi qiymətləndirməyi təklif edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью