Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Molekulyar bioloq və hüceyrə qocalması üzrə mütəxəssis Nikola Konlon ömrü uzatdığı iddia edilən iki məşhur təcrübənin faydalarını şübhə altına alıb.
Bunlar əsasən ət istehlakı üzərində qurulan və "ətyeyən pəhriz" adlandırılan qidalanma üsulu və buzlu suya batırılmadır.
“Cebheinfo.az” xəbər verir ki, ekspertin rəyi “The Telegraph” qəzetində dərc edilib.
Konlona görə, yalnız ətdən ibarət ciddi pəhriz ömrü uzatmağın bir yolu kimi inandırıcı elmi dəlillərə malik deyil. "Bitki mənşəli qidalardan imtina etmək bədəni lifdən və C vitamini də daxil olmaqla, bir sıra vacib qida maddələrindən məhrum edir", - deyə ekspert xəbərdarlıq edib.
Bioloq yalnız ətdən ibarət pəhrizin uzunömürlülüyə təsiri ilə bağlı dəlillərin yetərli olmadığını vurğulayıb. Konlon buzlu suya batırılmanın faydalarını həddindən artıq şişirtməməyin tərəfdarıdır. Soyuğa məruz qalmaq bədənin stress reaksiyasını tətikləyir və stresə qarşı müqaviməti potensial olaraq artıra biləcək fizioloji prosesləri başladır. Lakin insan üzərində aparılan tədqiqatlar hələlik bu təcrübənin ömrü uzatdığına dair qəti bir nəticəyə gəlməyə imkan vermir:
"Bəzi elmi tədqiqatlar soyuq suya batırıldıqdan sonra stress səviyyələrinin azalmasının və yuxunun yaxşılaşmasının mümkünlüyünü göstərir, lakin nəticələr qarışıqdır. Buz vannalarını uzunömürlülük üçün sübut olunmuş bir vasitə hesab etmək hələ tezdir. Onların sağlamlığa uzunmüddətli təsirini qiymətləndirmək üçün əlavə təcrübələrə ehtiyac var".
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin