Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Fransada baş verən kütləvi etirazlar və iğtişaşlar fonunda ölkəni sərhədlərini dərhal bağlamağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.
Tramp bazar günü etdiyi paylaşımında Fransada kütləvi etirazların ölkəni dağıtdığını bildirib və gərginliyin artmasında birbaşa miqrasiya siyasətini ittiham edib:
“Fransa yanır! Miqrantlar Fransanı ələ keçiriblər. Çox gec olmadan sərhədlərinizi bağlayın və nəzarəti ələ alın”.