“Çox istəyirik ki, azarkeşləri sevindirək”

27.11.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” - “Lion” oyunundan öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib: 

“Çox keyfiyyətli bir komandaya qarşı oynayırıq. Sistem və futbolçuların bacarığı hər kəsə bəllidir. Bizim üçün vacib oyundur. Matç boyu diqqətli olmalıyıq. Çox istəyirik ki, azarkeşləri sevindirək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью