Çox kofe içməyinn ZƏRƏRLƏRİ

21.10.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həkim Olqa Çistik orqanizmdə həddindən artıq qəhvə qəbulunun necə aşkarlanacağını açıqlayıb. 

Redaktor.az xəbər verir ki, mütəxissis bu barədə lenta.ru-ya danışıb.

Çistikin sözlərinə görə, qida rasionunda kofeinin çoxluğu titrəmə və ürək döyüntülərinin sürətlənməsi ilə özünü göstərə bilər. Həmçinin, şəxsi norma aşılarsa, izaholunmayan narahatlıq, qıcıqlanma, tez-tez defekasiya və yuxu pozuntuları müşahidə oluna bilər.

“Bu simptomlar simpatik sinir sisteminin aktivləşməsi və mədədə turşuluğun artması ilə əlaqəlidir. Əgər adi porsiya qəhvədən sonra narahatlıq yaranırsa, içkinin miqdarını azaltmaq və ya fincanlar arasındakı fasiləni artırmaq lazımdır. Qəhvə enerji verməli, yoxsa yorğunluq yaratmamalıdır,” - deyə Çistik vurğulayıb.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью