Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Misir yığmasını 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksələn Argentina millisinin baş məşqçisi Lionel Skaloni parlaq geridönüşlə qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, o, matçın ardından keçirilən mətbuat konfransında belə danışıb:
"Oyun ərzində üstün tərəf biz idik. Çox sayda qol epizodu yaratdıq.
Mən də ehtiyat oyunçular skamyasında sizin kimi eyni həyəcanı yaşayıram. Komandamız heç vaxt irəli getməkdən, mübarizədən vaz keçmir. Çox kövrəlmişəm. Bugünkü oyun bizim üçün əsl sınaq oldu. Biz məhz belə komandayıq. İşlər çətinləşəndə bütün gücümüzü ortaya qoyuruq. İnanırdıq ki, nə vaxtsa şans yaranacaq və oyunun taleyini öz xeyrimizə dəyişə biləcəyik".
Skaloni bu matçda penaltini qaçırsa da, daha sonra 1 qol və 1 assistlə yadda qalan, oyunun ən yaxşı futbolçusu seçilən Lionel Messinin çıxışına da toxunub: "Nə baş verdiyini izah etməyə çətinlik çəkirəm. Messi əsl futbol fanatıdır. Leonun bu yaşdakı istəyi isə inanılmazdır. Messi futbolu belə anlar üçün oynayır. Unudulmaz axşam yaşadıq".
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundial iyulun 19-da yekunlaşacaq.
Nihat