“Çox maraqlı olacaq” Rauf Əliyev danışdı

31.01.2025

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Sevindirici haldır ki, belə bir çempionat baş tutdu”.
SİA xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Rauf Əliyev şahmat üzrə ölkə çempionatlnın açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan çempionatında Avropa çempionlarımız iştirak edəcək: “Sadəcə Qədir Hüseynov bu dəfə olmayacaq. Ümid edirik ki, gələn il ölkə çempionatında iştirak edəcək. Bu dəfə çempionatda çox sevdiyim olimpiya sistemindən istifadə olunacaq. Çox maraqlı olacaq. Bu azarkeşlər üçündə xüsusi maraq kəsb edəcək”.

Şahmatçının sözlərinə görə, bu il Dünya Kubokunda, Avropa çempionatlnda iştirak edəcək: “Əsas Dünya Kubokudur. Hinfistanda baş tutacaq. Okyabr-noyabr aylarında yarışın keçirilməsi gözlənilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью