Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın ən varlı insanlarından biri, "Microsoft"un qurucusu Bill Geyts Londonun "The Times" qəzetinə verdiyi müsahibədə hazırda yaxşı əhvali-ruhiyyədə olduğunu və Melinda Frenç Gates ilə 27 illik evliliyinə son qoymasını onun "ən təəssüf doğuran səhvi" olduğunu söyləyib.
“Sherg.az" “tr.mashable.com”a istinadən bildirir ki, "boşanma ən azı iki il Melinda və mənim üçün dəhşətli bir şey oldu", deyən B.Geyts və 45 il evli olan öz valideynlərinki kimi bir evliliyə həmişə ümid etdiyini söyləyib.
Bill Geyts həmçinin deyib: "Bütün yetkin həyatınızı bir insanla keçirməkdə gözəl bir şey var, çünki etdiyiniz şeylər dərin xatirələrə çevrilir, onların dərinliyi və birlikdə uşaq sahibi olmaq".
Xeyriyyəçiliyi ilə də tanınan Geyts, bütün boşanma prosesini ictimaiyyətin gözü qarşısında keçirməyin, həyatı boyu uğursuzluqlar siyahısında birinci yerə qoyacağı "əsas" məsələ olduğunu söyləyib.
“Başqa səhvlərim oldu, amma bunların heç biri əhəmiyyət kəsb etmədi”, deyən Geyts 1987-ci ildə "Microsoft"un damı altında Melinda ilə tanış oldu.
Həmin vaxt Bill şirkətin baş direktoru, Melinda isə məhsul meneceri idi. İkisi satış görüşündə tanış olublar.
İllər ərzində müxtəlif mənbələrə görə, Bill Melindadan şirkətin dayanacağına çıxmasını xahiş edib.