Çox pis yanılırsan, Çin sizi diri diri yeyəcək

26.01.2026

Icma.az, Azpost portalına istinadən məlumat verir.

ABŞ prezidenti Tramp Kanadanın baş naziri Mark Karninin Çinlə danışıqlar apardığı “strateji tərəfdaşlıq” şərtlərinə əməl edəcəyi təqdirdə qisas almaqla hədələyib.

AzPost bildirir ki, Tramp bu barədə paylaşımında qeyd edib. O, baş naziri alçaltmaq üçün onu “qubernator” adlandırıb: “Əgər qubernator Karni Kanadanı Çin üçün “giriş limanına” çevirəcəyini, ABŞ-a mal və məhsul göndərəcəyini düşünürsə, çox pis yanılır. Çin Kanadanı diri-diri “yeyəcək”, tamamilə mənimsəyəcək, biznesini, sosial quruluşunu və bütün həyat tərzini məhv edəcək. Əgər Kanada Çinlə razılaşma əldə edərsə, ABŞ-a daxil olan bütün Kanada mal və məhsulları dərhal 100% tarif tətbiq olunacaq. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik!”-deyə Tramp yazıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью