Çox təəssüf ki, üstünlüyü həyata keçirə bilmədik Vasili Berezutski

19.01.2025

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah” Misli premyer-liqasının 19-cu turunda “Neftçi” ilə heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında görüş haqda fikirlərini bildirib.
- Biraz üstünlüyümüz var idi. Çox təəssüf ki, üstünlüyü həyata keçirə bilmədik. Daha da irəli gedəcəyik.
- Elvin Camalov o dərəcədə pisdi ki, onun yerinə mərkəz müdafiəçisi oynayır?
- Demək olar ki, Sofyanın mövqe çıxışından razı qaldım. Bizim istədiklərimizi həyata keçirdi. Elvin hələlik hazır deyil.
- Düşünmürsüz ki, komandanın zəif olan mövqeyi yarımmüdafiə xəttidi ?
- Hazırda skautlarımız işləyir. Çox istəyirdik ki, bütün mövqelərə oyunçular alaq. Hər mövqedə rəqabəti görə bilək.
ƏSƏD SEYİDOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью