Çox ucuz səhvlər etdik Azər Bağırov

31.01.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 18-ci turu çərçivəsində bu gün Yevlaxda "Şamaxı"ya uduzan (0:2) "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Bilirdik ki, çətin olacaq. "Şamaxı" ötən oyunda uduzmuşdu. Təəssüf ki, meydanda planlarımızı həyata keçirə bilmədik. Çox ucuz səhvlər etdik. İlk yarıda öz qapımız qarşısında buraxılan səhvlər həlledici oldu. İtirdiyimiz toplar qapımıza vurulan qollarla nəticələndi. İkinci yarıda məhz həmin zonanı sığortalamağa çalışdıq. 

Bəlkə də "Qarabağ" üzərində ötən tur qazandığımız qələbənin də təsiri oldu. Futbolda psixoloji məqamlar da şərtdir. Adətən "Qarabağ" kimi rəqiblərlə matçlarda deyil, belə qarşılaşmalarda futbolçular üzərində təzyiq yaranır.

Verdaşka zəif oynadı? Bəlkə də belədi. Amma təhlillər zamanı fərqli reallıqla qarşılaşırıq. Tutaq ki, bu gün Ohorinin cinahda itirdiyi top qapımıza ikinci qolun vurulmasına yol açdı. Yəni yalnız müdafiəçiləri qınamaq olmaz". 

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью