“Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” Coy Lens Mikels

22.07.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qələbə qazandıq, amma məyusuq. Daha çox qol vura bilərdik. Nəticədə qalib tərəf biz olduq. Cavab görüşündə daha fərqli oynamağa çalışacağıq. Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – “Football-plus.az” xəbər verir ki, bu sözləri “Sabah”ın əsas oyunçularından Coy-Lens Mikels deyib.

Almaniyalı futbolçu başqa məqamlara da toxunub:

“Hakimin saymadığı ilk qol? Qayda pozuntusu idi. Epizodu hakimin gördüyü kimi dəyərləndirirəm. Cavab görüşünə daha yaxşı hazırlaşacağıq. Əsasən bitiriciliyə fokuslanacağıq. Qollar vurmağa çalışacağıq. KuPS asan rəqib deyil. Meydanda yaxşı iş gördük. Sadəcə, dəqiqliyimiz çatmadı. Onu da növbəti matçda həll etməyə çalışacağıq”.


İSRAYIL XEYRULLAYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью