Icma.az bildirir, Axsham.az portalına istinadən.
Türkiyəli aktrisa Hande Erçel şəxsi həyatı ilə bağlı sualları cavablayıb.
Axşam.az xəbər verir ki, ötən gün 32 yaşı tamam olan aktrisa hazırda həyatında heç kimin olmadığını vurğulayıb:
"Çox yalnızam. Həyatımda heç kim yoxdur. Hər şey yolundadır. Öz işlərimə fokuslanmışam. İşləyirəm və işləməyə də davam edəcəyəm".
Qeyd edək ki, Hande bir müddət əvvəl iş adamı Hakan Sabancı ilə uzun sürən münasibətlərini sonlandırıblar. Onların gah xəyanət, gah da anası Arzu Sabançıya görə ayrıldığı iddia edilib.