Çox yaşayan çox bilməz, çox oxuyan çox bilər | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Oxucular kitabsız, kitablar oxucusuz qalmasın!
Böyük fransız yazıçısı Viktor Hüqo deyirdi: “Bəşəriyyətin ən dəyərli kəşfi məhz kitabdır.” Bu sözlərin zamanın axarında dəyəri azalmayıb, əksinə, qloballaşan dünyada daha dərin məna qazanıb.
Kitab insan ruhunun sirdaşı, düşüncənin pəncərəsi, qaranlıq yolların işığıdır.Təəssüf ki, müasir cəmiyyətdə insanların əklsəriyyəti kitabdan uzaqlaşır.
İndi əlində kitabla saatlarla vaxt keçirən insanla nadir hallarda rastlaşırıq.
Gəlin, məsələ ilə bağlı sosial, psixoloji və texnoloji amilləri nəzərdən keçirək.
Sürətlə dəyişən dünyada fasiləsiz informasiya axını və üstün texnoloji vasitələr diqqətimizi yayındırır, dərin düşünmə və təhlil üçün vacib olan zamanı əlimizdən alır.
Kitab oxumaq vaxt, səbr və daxili maraq tələb etdiyi üçün sosial baxımdan arxa planda qalır.
Nəticədə, oxu vərdişlərinin formalaşmasına və intelektual-mədəni inkişafın sürətlənməsinə əngəl yaranır.
Tam oxu
Xəbəri oxu