Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çox yemək və kökəlməmək bir çoxlarının arzusudur. Alimlər müəyyən ediblər ki, bu, göründüyündən daha asandır.
Bizim.Media xəbər verir ki, Britaniyalı alimlərin yeni araşdırması paradoksal nəticə göstərib: ultraemal olunmuş məhsullardan imtina etmək çəki baxımından daha çox yeməyə, amma eyni zamanda daha az kalori qəbul etməyə və arıqlamağa imkan verir.
Təbii qidaları seçən insanlar intuitiv olaraq daha düzgün qidalanmağa başlayırlar. Bristol Universitetinin mütəxəssisləri 20 nəfərin iştirak etdiyi ABŞ klinik tədqiqatının məlumatlarını yenidən təhlil ediblər.
Nəticələr göstərib ki, fastrfuddan, çipslərdən, kolbasalardan tam imtina edən insanlar gündə orta hesabla 330 kalori daha az qəbul ediblər. Bununla yanaşı, onlar yarımfabrikatlarla qidalananlara nisbətən qidanı çəki etibarilə 57% daha çox yeyiblər,
Əsas fərq məhsul seçimindədir. Təbii qidalara çıxış olduqda insanlar instinktiv olaraq yüksək kalorili makaron və yağlı souslar əvəzinə, mikroelementlərlə zəngin meyvə və tərəvəzlərə üstünlük veriblər.
“İnsanlara emal olunmamış qidalar təklif edildikdə, onların zövq, qidalılıq və toxluq hissi arasında balans yaradan məhsulları intuitiv şəkildə seçmələri və eyni zamanda ümumi enerji qəbulunu azaltmaları heyrətamizdir”, — deyə eksperimental psixologiya professoru Ceff Brunstrom qeyd edib.
Müəlliflər ultraemal olunmuş məhsulların daha bir narahatedici xüsusiyyətini də aşkar ediblər: onların bir çoxu süni şəkildə vitaminlərlə zənginləşdirilsə də, son dərəcə yüksək kalorilidir. Bu isə qida maddələri ilə enerji arasındakı təbii balansı pozur və istehlakçıların fərqinə varmadan həddindən artıq yeməsinə səbəb olur.
Bizim.Media