Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əməkdar artist Füzuli Hüseynov təqaüdə çıxmaq üçün səbirsizləndiyini və mənəvi cəhətdən dincəlməyə ehtiyac duyduğunu bildirib.
“Bakupost” xəbər verir ki, sənətkar bu barədə “İncə səhər” proqramında danışıb.
Təqaüdə çıxmasına bir il qaldığını deyən aktyor göz yaşlarını saxlaya bilməyib:
“Dincəlmək istəyirəm, yorulmuşam. Təqaüdümü gözləyirəm. Bir il qalıb, dözməliyəm. Gedim dincəlim, balıq tutum, dağlara, çay kənarına gedim. Azad olmaq istəyirəm”.
Yasəmən, BakuPost