Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağdam rayonunun Sarıcalı kəndində inşa edilmiş binanın funksiyası məlum olub.
Ölkə.Az-ın xəbərinə görə, burada bir sıra qurumlar fəaliyyət göstərəcək.
Məqsəd əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasındır.
Çoxfunksiyalı inzibati bina zirzəmi və iki mərtəbədən ibarətdir. Burada vestibül (gözləmə zalı), 1 ədəd qeydiyyat otağı, 11 ədəd iş otağı, 1 ədəd iclas otağı, 2 ədəd texniki otaq və mətbəx yaradılıb. Damda günəş panelləri quraşdırılıb.
Binada müxtəlif iclas və iş otaqlarında işçilərin fəaliyyət göstərmələri üçün şərait mövcuddur.