Çoxluqda oynayan “Vilyarreal” “Xetafe”yə qalib gəlib

06.12.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İspaniya çempionatının 15-ci turunda “Vilyarreal” evdə “Xetafe”ni 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, Tayon Byukenen 45-ci dəqiqədə Ayoze Peresin ötürməsindən sonra hesabı açıb. 64-cü dəqiqədə Jorje Mikautadze ev sahibi komandanın üstünlüyünü artırdı.

Qonaqlar 48-ci dəqiqədə on nəfərlə qaldılar və Luis Milla idmançıya yaraşmayan hərəkətə görə birbaşa qırmızı vərəqə aldı.

“Vilyarreal”ın 35 xalı var və La Liqa turnir cədvəlində üçüncü yerdədir. “Xetafe” 20 xalla yeddinci yerdədir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью