Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Astroloji mənbələrdə yer alan yeni qiymətləndirməyə görə, bəzi bürclər insanların arasında şən, enerjili və güclü təsir bağışlasalar da, təklikdə daha dərin emosional proseslər yaşayırlar. Mütəxəssislərin astroloji şərhlərinə əsasən, Xərçəng, Tərəzi, Balıq və Əqrəb bürcləri hisslərini gizlətməyə daha çox meyilli olan bürclər sırasında göstərilir.
Məlumata görə, Xərçəng bürcü sevdiklərinin rifahını öz ehtiyaclarından üstün tutduğu üçün sosial mühitdə qayğıkeş və pozitiv görünür. Lakin tək qaldıqda keçmiş incikliklər və emosional suallar onun düşüncələrini məşğul edə bilir.
Tərəzi bürcü isə harmoniya və tarazlıq yaratmaq bacarığı ilə seçilir. İnsanlarla münasibətlərdə münaqişələrdən qaçmağa çalışan Tərəzilər, təklikdə qərarlarını və davranışlarını yenidən analiz etməyə meylli olurlar.
Astroloji şərhlərdə Balıq bürcü də emosional dərinliyi ilə diqqət çəkən bürclər arasında göstərilir. Balıqlar ətrafdakılara qarşı şən və uyğunlaşan təsir bağışlasalar da, təklikdə keçmiş xəyal qırıqlıqları və həyata keçməyən arzular üzərində düşünə bilirlər.
Siyahıda yer alan Əqrəb bürcü isə xaricdən güclü və soyuqqanlı görünməsi ilə tanınır. Lakin astroloqlara görə, bu görüntü çox zaman daxili hissləri gizlətmək məqsədi daşıyır. Təklikdə isə etibar, xəyanət və emosional itkilərlə bağlı düşüncələr ön plana çıxır.
Leyla
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Məlumata görə, Xərçəng bürcü sevdiklərinin rifahını öz ehtiyaclarından üstün tutduğu üçün sosial mühitdə qayğıkeş və pozitiv görünür. Lakin tək qaldıqda keçmiş incikliklər və emosional suallar onun düşüncələrini məşğul edə bilir.