Çoxmənzilli binalarda fərdiliyə yol verilməyəcək

23.04.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vahid istilik şəbəkəsinin tətbiqi ilə əlaqədar olaraq təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinə imkan verilməyəcək.

Ölkə.Az xəbər verir ki, bu  məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsində əksini tapıb.

Qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan və şəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilli yaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına və istismarına yol verilməyəcək.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью