Çoxu imtina etdi, Azərbaycandan isə axın var Mübahisəli seçim | Icma.az
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir. Son dövrlərdə Türkiyəyə gələn turistlərin sayında azalma müşahidə olunur.
Bu dəyişiklik xüsusən Avropa ölkələrindən olan səfərlərdə nəzərə çarpır.
Hətta iddia edilir ki, bir neçə yerdən sözügedən istiqamətə uçuşlar təxirə salınıb, əsas səbəb isə qiymətlərin artmasıdır.
Digər tərəfdən, sosial şəbəkələrdə populyar səyahət səhifələrində turistlər “Hansı ölkəyə təkrar səfər etməzdiniz?”, sualına Türkiyəni qeyd edirlər.
Qiymətlərin yüksək olması Türkiyəyə turist axınının azalmasına səbəb ola bilərmi? Bu proses azərbaycanlılara necə təsir edir?
Globalinfo.az-a danışan turizm eksperti Ramin Zamanov deyib ki, Türkiyədə turistlər üçün təklif olunan qiymətlər hər il dəyişir: “Xüsusən mövsümi ərazilərdə, Antalya, Fəthiyə və Bodrumda qiymət artımları müşahidə edilir.
Lakin hazırda Avropadan Türkiyəyə gələn turistlərin sayında azalma yox, əksinə, artım qeydə alınır.
Eyni zamanda, bu il Hindistandan gələn turistlərin sayında kəskin azalma olub ki, bu da qiymət artımları ilə əlaqəli deyil”.
Tam oxu
Xəbəri oxu